“Şamaxı” futbolçusu Dioqo Balaunun transferi ilə bağlı “Turan Tovuz” klubu ilə razılıq əldə edib.
Sportnet.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
Geridə qalan mövsümün əvvəlində komandaya qoşulan Balau “Şamaxı” forması ilə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, "Turan Tovuz"un yay hazırlıq dönəmində ilk transferidir.















































































