Uzun məsafə qət etmişdik.
Sportnet.az xəbər verir ki, bu sözləri Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Çalışırdıq ki, oyunda qalaq. Evdəki matçda uğurlu nəticə qazanmaq istəyirdik. Növbəti mərhələyə ümidimiz var. İlk hissədə daha çox güc sərf etdik. İkinci hissədə yorğunluq oyunumuza təsir etdi. İlk hissədə qapını toxunulmaz saxlamaq bizim əsas planımız idi. Biz Bakıda vaxt aparmaq yox, yaxşı nəticə qazanmaq istəyirdik. Doğma meydandakı matçlarda uğurlu statistikamız var. Bunu "Sabah"la görüşdə də davam etdirmək niyyətindəyik", - deyə baş məşqçi qeyd edib.
Mütəxəssis "Sabah" haqqında müsbət fikirlər də səsləndirib.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.












































































