2026-cı il dünya çempionatının D qrupunda Türkiyə və Paraqvay milliləri arasında keçirilən II tur oyununda tarixi hadisə yaşanıb.
Sportnet.az xəbər verir ki, Paraqvay millisinin futbolçusu Migel Almiron ilk hissənin kompensasiya olunmuş vaxtında qırmızı vərəqə ilə meydandan qovulub.
Hadisə futbolçunun hakimlə və ya rəqiblə ünsiyyət zamanı ağzını əli ilə örtərək nə isə deməsindən sonra baş verib. Qarşılaşmanın baş hakimi, Salvador təmsilçisi İvan Barton Almirona birbaşa qırmızı vərəqə göstərib.
Beləliklə, bu, dünya çempionatları tarixinə futbolçunun ağzını örtərək danışmasına görə qeydə alınan ilk qırmızı vərəqə kimi düşüb.
ABŞ-ın Santa-Klara şəhərində yerləşən “Levi’s” stadionunda keçirilən qarşılaşmada fasiləyə Paraqvay millisi 1:0 hesablı üstünlüklə yollanıb. Komandanın yeganə qolunu 2-ci dəqiqədə Matias Qalarsa vurub.
Qeyd edək ki, D qrupunun ilk turunda Türkiyə Avstraliyaya 0:2 hesabı ilə məğlub olub, Paraqvay isə ABŞ-yə 1:4 hesabı ilə uduzub. Dünya çempionatı 11 iyunda start götürüb və 19 iyulda başa çatacaq.





















































































