Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxıb.
Spoetnet.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gəlib.
"Tipos Arena"da baş tutan qarşılaşma yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Mirmehdi Rzayev və İsa Atayev vurublar.
Bununla da, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub.


















































































