Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.
Spornet.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Əvvəlcə avstraliyalıların heyətində Kameron Börcess 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.
Bununla da ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya çatdıran ABŞ millisi 1/16 finala yüksəlib. Daha əvvəl bu hüquqa A qrupundan Meksika yiyələnib.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.
DÇ-2026
D qrupu, II tur
23:00. ABŞ - Avstraliya - 2:0
Qollar: Kemeron Börcess, 11 (öz qapısına). Aleks Friman, 43
Baş hakim: Feliks Tsvayer (Almaniya)
Sietl (ABŞ), "Lümen Fild" stadionu
ABŞ: Friz, Friman, Riçards, Rim, E. Robinson, Dest, Makkenni, Adams, Tillman, Baloqun, Pepi.
Avstraliya: Biç, İtalyano, Çirkati, Suttar, Börcess, Bos, O'Nil, Okon-Enqstler, Ture, Leki, Velupillay.
Qeyd edək ki, D qrupunun ilk turunda ABŞ millisi Paraqvayı 4:1 hesabı ilə məğlub edib. Avstraliya isə Türkiyə üzərində 2:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, ABŞ son turda Türkiyə, Avstraliya isə Paraqvay yığması ilə qarşılaşacaq.















































































