Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunun Paraqvayla matçından (0:1) sonra açıqlama verib.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis bəxtlərinin gətirmədiyini bildirib:
"Çox, çox məyusam. Millətimizin bizdən böyük gözləntiləri var idi. Bizim də gözləntilərimiz böyük idi. Türkiyə Futbol Federasiyasına da çox üzülürəm, necə çalışdıqlarını bilirəm. Futbolçuların necə əzmkar olduqlarını, necə çalışdıqlarını görürəm.
35 ildir futboldayam, normalda 50 ildə bir dəfə belə şey olar. Amma bizim iki oyunda başımıza gəldi. İki matçda qapıya 65 zərbə var. Topa sahib olmağı hələ demirəm. Qismət bizdən yana deyildi. Futbolçularımıza başlarını dik tutmalarını söylədim. Bəzən deyirlər axı, qismətdən artıq yemək olmaz.
Hər zaman futbolçularımızın çalışqanlıq faizinə və iddialılığına, meydandakı ruhlarına baxıram. Hamısında inanılmaz bir istək və əzm var idi. İki oyunda sona qədər mübarizə apardılar. Onlara dəstəyim sonadək olacaq. Heç kim özünü geri çəkmədi, hər kəs çalışdı və çox mübarizə apardı. Təəssüf ki, alınmadı".
Qeyd edək ki, qrupda keçirdiyi hər iki oyunda məğlub olan Türkiyə yığması növbəti mərhələyə yüksəlmək şansını itirib.



















































































