Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki,Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.
Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.
F qrupu
20 iyun
21:00. Niderland - İsveç - 5:1
Qollar: Brayan Bobbi, 6 (1:0), Brayan Bobbi, 17 (2:0), Kodi Qakpo, 47 (3:0), Kodi Qakpo 54, Krisensio Sammervill, 89 (5:1);
Entoni Elanqa, 59
Baş hakim: Maykl Oliver (İngiltərə)














































































