Argentina millisinin 2026-cı il dünya çempionatı üçün 26 oyunçudan ibarət yekun heyəti açıqlanıb.
Sportnet.az Argentina Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 38 yaşlı hücumçu və kapitan Lionel Messi də daxil edilib.
DÇ-2026 11 iyun - 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək. Messinin komandası J qrupunda Avstriya, Əlcəzair və İordaniya ilə mübarizə aparacaq.
Qeyd edək ki, Argentina millisi 2022-ci ildə Qətərdə keçirilmiş son dünya çempionatının qalibi olub.
#SelecciónMayor Con toda la fuerza de los argentinos ???????? pic.twitter.com/84Lh03BgxH
— ???????? Selección Argentina (@Argentina) May 28, 2026






































































