"Oyuna hazırlıq üçün vaxtımız məhdud idi".
Sportnet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a 3:4 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Buna rəğmən, futbolçularımız peşəkar yanaşmaları və əzmkarlıqları ilə seçildilər. Hesab edirəm ki, iki 30 və bir 45 dəqiqəlik hissədən ibarət faydalı oyun alındı. Bütün futbolçular istədiyimiz yüklənməni ala bildilər", - deyə baş məşqçi bildirib.














































































