İngiltərənin “Çelsi” klubunun futbolçusu Alexandro Qarnaço karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, “Ən-Nəsr” argentinalı cinah oyunçusunu heyətinə qatmaqda maraqlıdır.
Məlumata görə, Səudiyyə Ərəbistanı klubu futbolçunun satışı ilə bağlı “Çelsi”dən müsbət siqnal alacağı təqdirdə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Qarnaço transferin baş tutacağı halda komanda yoldaşı olaraq Kriştianu Ronaldu ilə eyni formada çıxış edəcək.



















































































