2026-cı il dünya çempionatına hazırlaşan Panama ilə Bosniya və Herseqovina milliləri yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Missuri ştatının Sent Luis şəhərindəki "City Park" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 23-cü dəqiqədə bosniyalı müdafiəçi Nikola Katiç açıb. 45+3-cü dəqiqədə isə panamalı arxa xətt oyunçusu Covani Ramos bərabərlik qolunu vurub.
Panama millisinə "Turan Tovuz"dan dəvət edilmiş müdafiəçi Roderik Miller və "Qarabağ"a transferi gündəmdə olan Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliç sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, dünya çempionatında Bosniya və Herseqovina Kanada, Qətər və İsveçrə ilə B qrupunda, Panama isə İngiltərə, Xorvatiya və Qana ilə L qrupunda mübarizə aparacaq. Mundial 11 iyun - 19 iyulda keçiriləcək.













































































