"Qarabağ" Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.
Sportnet.az-ın xəbər verir ki, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandamızda çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
Futbolçulara klubda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandanın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
















































































