Türkiyə millisi 2026-cı il dünya çempionatında pley-off mərhələsinə yüksəlmə şansını vaxtından əvvəl itirib.
Sportnet.az xəbər verir ki, baş məşqçi Vinçenso Montellanın rəhbərlik etdiyi komanda D qrupunda keçirdiyi ilk iki oyunda məğlub olub.
"Ay-ulduzlular" əvvəlcə Avstraliyaya 0:2 hesabı ilə uduzub, daha sonra isə demək olar ki, bütün ikinci hissəni say üstünlüyündə keçirməsinə baxmayaraq, Paraqvaya 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, Türkiyə iki turdan sonra nəinki xal hesabını aça, hətta qol vura bilməyib və qrupdan çıxma şansını rəsmən itirib. Komanda son turda qələbə qazansa belə, əlavə göstəricilərə görə Avstraliya və Paraqvayı qabaqlaya bilməyəcək. Çünki xal bərabərliyi halında belə, qardaş ölkə millisi hər iki rəqibinə şəxsi görüşlərdə uduzub.
Bununla da Türkiyə millisi dünya çempionatında qrup mərhələsinin başa çatmasını gözləmədən pley-off ümidlərini itirən ikinci komanda olub. Daha əvvəl C qrupunda Haiti də şanslarını itirib.
Qeyd edək ki, Türkiyə D qrupundakı son oyununda ABŞ millisi ilə qarşılaşacaq.




















































































