Mingəçevir futbolunun tanınmış simalarından olan Elbrus İsmayılov vəfat edib.
Bu barədə Sportnet.az-a onun yetirməsi olmuş qapıçılar üzrə məşqçi Elnar Kərimov məlumat verib.
Onun sözlərinə görə, veteran futbolçu 66 yaşında ürək tutmasından vəfat edib: "Elbrus İsmayılov sevimli müəllimim idi. Hər gün gəlib məşqimə baxır, "dincəlirəm" söyləyirdi. Mən də cavabında "Sənin tələbən olmuşam" deyirdim. Yenə axşam çöldə gəzdikdən sonra evə gəlib uzanıb. Bir müddətdən sonra gecə baxıblar ki, keçinib".
Qeyd edək ki, Elbrus İsmayılov futbolçu karyerası ərzində Mingəçevirin "Kür-Nur" komandasında çıxış edib. O, sonradan bir müddət məşqçi kimi çalışıb və "Energetik" yarandıqdan sonra kluba vitse-prezident təyin olunub.
Allah rəhmət eləsin!























































































