2026-cı il dünya çempionatının F qrupunda II turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Meksikanın Monterrey şəhərindəki BBVA stadionunda Tunis və Yaponiya milliləri qarşılaşıblar.
Rumıniyalı baş hakim İştvan Kovaçın idarə etdiyi görüş Yaponiya yığmasının böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.
Asiya təmsilçisi hesabı erkən açıb. Daiti Kamada 4-cü dəqiqədə komandasını önə keçirib. 31-ci dəqiqədə Ayase Ueda fərqi iki topa çatdırıb və ilk hissənin hesabını müəyyənləşdirib.
Fasilədən sonra da üstün oyun nümayiş etdirən yaponiyalılar 69-cu dəqiqədə Zunya İtonun qolu ilə hesabı 3:0 ediblər. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə dublunu rəsmiləşdirən Ayase Ueda qoyub.
Beləliklə, Yaponiya qrupda ilk qələbəsini qazanaraq xalını 4-ə çatdırıb. Tunis isə ardıcıl ikinci məğlubiyyətini alaraq Haiti və Türkiyədən sonra DÇ-2026-nın qrupunda qalan üçüncü komanda olub.
Qeyd edək ki, F qrupunun ilk turunda Tunis İsveçə 1:3 hesabı ilə uduzub. Yaponiya isə Niderlandla məhsuldar heç-heçə edib – 2:2.
DÇ-2026, F qrupu, II tur
Tunis – Yaponiya 0:4
Qollar: Daiti Kamada, 4. Ayase Ueda, 31; 83. Zunya İto, 69
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Monterrey (Meksika), BBVA stadionu














































































