Əsas hədəfim "Qarabağ"la Azərbaycan çempionu olmaq idi. Amma son mövsümdə bunu əldən qaçırdıq.
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran jurnalistlərə açıqlamasında deyib.
O, növbəti hədəflərindən də söz açıb: "Qarşıdakı məqsədlərim komandamla Avropa Liqasının əsas mərhələsinə yüksəlmək və Kolumbiya millisinə dəvət almaqdır. Əslində mənim adım yığmanın geniş heyətində var idi. Yəqin ki, sonradan məşqçilərin qərarı ilə adım siyahıdan çıxarıldı. Amma hazırkı məqsədim millidə oynamaqdır. Ümid edirəm ki, qarşıdakı böyük turnirlər üçün yığmaya dəvət alacağam".
K. Duran ölkəsinin DÇ-2026-dakı şanslarını da dəyərləndirib: "Əlbəttə ki, komandama azarkeşlik edirəm. Düzdür, milli üçün çətin turnirdir. Ümid edirəm ki, yaxşı mundial keçirəcəyik"
"Bura gəlmədən öncə cinah hücumçusu kimi oynayırdım. Amma bura gələndən sonra vəziyyət elə gətirdi ki, mərkəz hücumçusu rolunda çıxış etməyə başladım. Əslində, hər biz mövqey üçün hazır olmalıyıq. Mövsümöncəsi hazırlıqlar da bunun üçün vacibdir", - deyə forvard qeyd edib.










































































