2026-cı il dünya çempionatında bu gün daha 2 qrupda II turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, G qrupunda Belçika İranı, Yeni Zelandiya Misiri sınağa çəkəcək.
H qrupunda İspaniya Səudiyyə Ərəbistanı ilə, Uruqvay isə Kabo Verde ilə qarşılaşacaq.
Hər iki qrupda ilk turun qarşılaşmalarında qalib müəyyənləşməyib. G qrupunda Belçika Misirlə 1:1, İran Yeni Zelandiya ilə 2:2, H qrupunda isə İspaniya Kabo Verde ilə qolsuz, Uruqvay Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib. Hazırda bu qruplardakı bütün komandaların hərəyə 1 xalı var.
DÇ-2026
II tur
G qrupu
23:00. Belçika - İran
Baş hakim: Dario Errera (Argentina)
Los Anceles (ABŞ), "Sou Fay" stadionu
05:00. Yeni Zelandiya - Misir
Baş hakim: Omar Əl-Əli (BƏƏ)
Vankuver (Kanada), "Bi Si Pleys" stadionu
Xal durumu: Yeni Zelandiya - 1, İran - 1, Belçika - 1, Misir - 1
H qrupu
20:00. İspaniya - Səudiyyə Ərəbistanı
Baş hakim: Rafael Klaus (Braziliya)
Atlanta (ABŞ), "Mersedes Bens" stadionu
02:00. Uruqvay - Kabo Verde
Baş hakim: Espen Eskos (Norveç)
Mayami Qardens (ABŞ), "Hard Rok" stadionu
Xal durumu: Uruqvay - 1, Səudiyyə Ərəbistanı - 1, İspaniya - 1, Kabo Verde - 1
Qeyd edək ki, daha əvvəl Meksika, ABŞ və Almaniya milliləri DÇ-2026-nın 1/16 finalına vəsiqəni təmin edib. Haiti, Türkiyə və Tunis isə qrupda qalıb.














































































