"Şamaxı" Futbol Klubunun ailəsində keçirdiyim bu iki il mənim üçün sadəcə futbol deyil, həm də böyük təcrübə və unudulmaz xatirələr oldu".
Sportnet.az-ın məlumatına görə, bunu bölgə komandasından ayrılan Rüfət Abbasov sosial şəbəkə paylaşımında bildirib.
21 yaşlı müdafiəçi "Şamaxı"da ona güvənən, inanan və hər zaman dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarına və bütün klub ailəsinə səmimi təşəkkürünü bildirib: "Burada qazandığım hər anı və öyrəndiyim hər şeyi özümlə aparıram. Eyni zamanda, hər oyunda yanımızda olan, yaxşı və çətin günlərdə dəstəyini əsirgəməyən azarkeşlərə xüsusi təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman çox dəyərli oldu. Bu formanı daşımaq mənim üçün qürur idi. Şamaxı Futbol Klubuna gələcəkdə daha böyük uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm"!
Qeyd edək ki, Rüfət Abbasovun "Neftçi"yə keçəcəyi bildirilir.











































































