Azərbaycanın iki boksçusu Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.
Sportnet.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Sübhan Mamedov (50 kq) 1/8 finalda hindistanlı Rişi Singlə üz-üzə gəlib.
Hər 3 raundu xeyrinə bitirən Azərbaycanın dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb.














































































