"Şəfa" "Kəpəz"in sabiq qapıçısı Məmməd Hüseynovu transfer edib.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən bildrilib.
Bakı təmsilçisi 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Məmməd Hüseynov son olaraq Gəncə klubunun formasını geyinib. O, karyerası ərzində "Zirə"də də çıxış edib.















































































