"Neftçi"nin kapitanı Emin Mahmudov səfərdə "Sabah"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçında ciddi zədələnib.
Sportnet.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə meydan sahiblərinin kapitanı Amin Seydiyevlə top uğrunda mübarizədə kəllə-kəlləyə gəlib.
Nəticədə Seydiyevin başı Mahmudovun sifətinə tuş gəlib. "Sabah"ın kapitanının başından qan açılıb və o, oyuna sarğı ilə davam edib.
"Neftçi"nin kapitanı isə sol gözünün altı şişdiyi üçün matça davam edə bilməyib. Onun yerinə meydançaya daxil olmuş İfeanyi Metyu bir neçə dəqiqə sonra komandasını önə çıxaran qolu vurub.
Qeyd edək ki, hazırda "Neftçi" hesabda öndədir - 2:1.











































































