Vinisius Junior 2026-cı il Dünya Kuboku öncəsi Braziliya millisindəki atmosferdən danışıb.
Sportnet.az xəbər verir ki, "Real"ın vingeri öz açıqlamasında bunları qeyd edib:
“Millidə keçirdiyim günlər həyatımın ən gözəl günləridir. Burada ən yaxşı insanlarla birlikdəyəm. Lukas Pakueta və Bruno Guimaraes ilə uşaqlıqdan birgə oynamışam. Futbolçular həmişə mənim dostlarım olublar və ölkəmi təmsil etməkdən böyük qürur duyuram. Bundan daha yaxşı heç nə yoxdur.
Neymara gəlincə, ümid edirəm ki, o, tezliklə qayıdacaq. Neymar mənim kumirimdir. Öyrəndiyim bütün fəndləri ondan görüb götürmüşəm. Meydanda etdiyim hər şeyi onun etdiyi kimi etməyə çalışırdım. Onun qayıdışı çox vacibdir, bu xüsusi hadisədir. O, həmişə mənə məsləhətlər verib.
Ümid edirəm ki, haqqında danışılan gərginlik artıq aradan qalxacaq. Biz Braziliyanı təmsil etməyi və daha bir dünya çempionatında oynamağı səbirsizliklə gözləyirik. İçimizdə böyük sevinc var və ümid edirəm ki, bu sevinc Nyu-Yorkda meydanda özünü göstərəcək”.

















































































