Futbol üzrə dünya çempionatının üçüncü oyun gününün ilk matçında İsveçrə Qətərlə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Bril Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər yalnız 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, bu qrupun Kanada - Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb.
B qrupunun digər görüşlərində Qətər 19 iyunda Kanada, 24 iyunda isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. İsveçrə isə 18 iyunda Bosniya və Herseqovina, 24 iyunda Kanada ilə üz-üzə gələcək.
13 iyun
DÇ-2026
B qrupu
23:00. Qətər - İsveçrə - 1:1
Qollar: Buallem Xuxi, 90+4 - Bril Embolo, 17 (pen.)
Baş hakim: Said Martines (Honduras)
Santa Klara (ABŞ), "Levays" stadionu
DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Turnirin hazırkı dünya çempionu isə Argentina milli futbol komandasıdır.



















































































