2026-cı il dünya çempionatının A qrupunda I turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Meksikanın Sapopan şəhərindəki "Akron" stadionunda baş tutan görüşdə Cənubi Koreya və Çexiya milliləri üz-üzə gəlib.
Misirli baş hakim Amin Omarın idarə etdiyi qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 59-cu dəqiqədə Çexiya yığmasının müdafiəçisi Ladislav Kreyçi açıb. Cənubi Koreya millisi isə qısa müddətdə geri dönüş etməyi bacarıb. 67-ci dəqiqədə Hvan İn Böm tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini isə 80-ci dəqiqədə O Hyön Kyu həll edib və komandasına 3 xal qazandırıb.
Bu nəticədən sonra Cənubi Koreya yığması 3 xalla A qrupunda ikinci pillədə qərarlaşıb. Xalsız qalan Çexiya isə üçüncü sıradadır. Qrupa ilk turdan sonra ev sahibi Meksika başçılıq edir. Meksikalılar açılış matçında South Africa Respublikasının yığması üzərində 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı iyulun 19-dək davam edəcək. Mundialın son qalibi Argentina millisidir.


















































































