Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avstraliyaya 0:2 hesabı ilə uduzduqları DÇ-2026-nın D qrupunun ilk tur matçını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis oyunun taktiki baxımdan gözlədikləri kimi keçdiyini bildirib.
“Avstraliya dərin müdafiə olunurdu. Yaratdığımız şanslardan istifadə etsəydik, nəticə fərqli ola bilərdi. Amma iki əks-hücumda qollar buraxdıq. Futbolçularımız tam gücləri ilə mübarizə apardılar. Əgər bu yanaşmanı davam etdirsək, istədiyimiz nəticələri qazana bilərik”, – deyə Montella bildirib.
Türkiyə millisinin futbolçuları hücumların sayına görə rəqibini üç dəfə üstələyiblər (150 qarşı 51), rəqib qapısına 30 zərbə endiriblər və 8 dəfə çərçivəyə düşüblər, lakin buna baxmayaraq fərqlənə bilməyiblər.
Qeyd edək ki, D qrupunda ilk turdan sonra ABŞ liderdir, Avstraliya ikinci, Türkiyə üçüncü, Paraqvay dördüncü pillədə qərarlaşıb.


















































































