2026-cı il dünya çempionatında ilk penalti qeydə alınıb.
Sportnet.az xəbər verir ki, B qrupunun I turu çərçivəsində keçirilən Qətər – İsveçrə görüşündə Honduraslı baş hakim Said Martines 11 metrlik cərimə zərbəsi təyin edib.
Turnirin beşinci oyununda verilən penalti epizodundan İsveçrə millisi yararlanıb. Komandanın hücumçusu Bril Embolo 17-ci dəqiqədə dəqiq zərbə ilə hesabı açıb.
Beləliklə, DÇ-2026-nın ilk penalti qolu Embolonun adına yazılıb.
Qətər millisi II turda Kanada (19 iyun), III turda isə Bosniya və Herseqovina (24 iyun) ilə qarşılaşacaq. İsveçrə yığması isə növbəti turlarda Bosniya və Herseqovina (18 iyun) və Kanada (24 iyun) ilə üz-üzə gələcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-dək davam edəcək.


















































































