"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə yeni müqavilə imzalayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı yarımmüdafiəçinin maraqlarını qoruyan "Dunkirk Sports" agentliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
"Sambaçı"nın sözləşməsi daha 3 il müddətinə uzadılıb.
Komandanın əsas oyunçularından sayılan Bikalyo xüsusilə 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasındakı çıxışı ilə diqqət çəkib.
Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, son mövsümdə komandanın heyətində həm ölkə çempionatında, həm də avrokuboklarda mühüm oyunlarda meydana çıxıb.










































































