Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Fransanın Müluz şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 20 yaşlı idmançı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı tərəfdaşı Bartlomey Mroz ilə birlikdə fərqlənib.
Cütlük qrup mərhələsində braziliyalı rəqibləri Ramos Santos və Yeyli Rodriges üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən Jen-Yu Fanq və Qui Yu Pu cütlüyünə isə məğlub olub.
Bu nəticə ilə yarımfinala yüksələn İbrahim Əliyev və Bartlomey Mroz Malayziya təmsilçiləri Mohamed Azri və Çih Lik Hou ilə qarşılaşmada məğlub olaraq turniri 3-cü yerdə başa vurublar.








































































