Cüdo üzrə olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov Bakıda keçiriləcək dünya çempionatında çəki dərəcəsini dəyişməyəcək.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.
Onun sözlərinə görə, məşqçilər heyəti ilə məsləhətləşmələrdən sonra titullu idmançının 73 kq çəki dərəcəsində çıxış etməsi qərara alınıb.
O, 90 kq çəki dərəcəsində kimlərin çıxış edəcəyinə hələ aydınlıq gəlmədiyini diqqətə çatdırıb.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə əlavə edib ki, Heydərov gələcəkdə bəzi yarışlarda 81 kq çəkidə də mübarizə apaaracaq: "Amma əsas çəkisi 73 kq olaraq qalacaq".
90 kq-da Elcan Hacıyevin çiyin zədəsindən aldığı zədədən sonra məşqləri yenicə bərpa etdiyini və qarşıdakı iki yarışda göstərəcəyi nəticəyə əsasın, dünya çempionatında iştirak edib-etməyəcəyinə aydınlıq gələcəyini söyləyib:.












































































