Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir. Amma Hidayət ən böyük cəzanı özünə verib. Nizam-intizam bizim üçün çox önəmlidir. İdmançının etdiyi səhvi başa düşməsi vacibdir. Hər kəs səhv edə bilər. İlk növbədə nizam-intizam olmalıdır. Bu şey təkcə idmançılara deyil, federasiyada çalışan hər kəsə aiddir".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.
O, Olimpiya çempionu Hidayət Heydərovun hazırda əsas probleminin çəki olduğunu bildirib: “Başa düşməliyik ki, Heydərovun çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Hidayətin potensialına isə heç bir şübhəmiz yoxdur. İnanırıq ki, o, gələcəkdə ikiqat Olimpiya və Avropa çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Məşqləri yola vermir. Hazırda əsas problemi çəki məsələsidir və bunun üzərində işləyirik. Bu da fizioloji məsələdir. Bu məsələ ilə bağlə həkimlər də işlər aparırlar".
Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.






































































