"Bakıdakı cüdo üzrə dünya çempionatının Təşkilat Komitəsində iş bölgüsü aparılıb. Biz də üzərimizə düşən istiqamətdə hazırlaşırıq".
Sportnet.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti idmançılara verilən mükafat sisteminin yeniləyib: "Mükafatlandırma məhz bu sənəd əsasında aparılacaq. Burada idmançılarla yanaşı, məşqçilər üçün də mükafatlar nəzərdə tutulub".






































































