2026-cı il dünya çempionatında bu gün daha 2 qrupda II turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardam ikisi 2022-ci ildə Qətərdə təşkil olunmuş mundialın finalçıları Argentina və Fransanın iştirakı ilə gerçəkləşəcək.
I qrupunda Fransa İraqı, Norveç Seneqalı sınağa çəkəcək.
J qrupunda isə Argentina Avstriya ilə, İordaniya isə Əlcəzairlə qarşılaşacaq.
İlk turun qarşılaşmalarında Fransa Seneqalı 3:1. Norveç İraqı 4:1 hesabı ilə yenib.
J qrupunda Argentina Əlcəzairə 3:0, Avstriya İordaniyaya 3:1 hesabı ilə qalib gəlib.
DÇ-2026
II tur
I qrupu
01:00. Fransa - İraq
Baş hakim: Drü Fişer (Kanada)
Filadelfiya (ABŞ), "Linkoln Faynenşel Fild" stadionu
04:00. Norveç - Seneqal
Baş hakim: Vilton Sampayo (Braziliya)
İst-Raterford (ABŞ), "Metlayf" stadionu
Xal durumu: Norveç - 3, Fransa - 3, Seneqal - 0, İraq - 0
J qrupu
21:00. Argentina - Avstriya
Baş hakim: Amin Omar (Misir)
Dallas (ABŞ), AT&T stadionu
07:00. İordaniya - Əlcəzair
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Santa Klara (ABŞ), "Livays" stadionu
Xal durumu: Argentina - 3, Avstriya - 3, İordaniya - 0, Əlcəzair - 0.
Qeyd edək ki, daha əvvəl Meksika, ABŞ və Almaniya milliləri DÇ-2026-nın 1/16 finalına vəsiqəni təmin edib. Haiti, Türkiyə və Tunis isə qrupda qalıb.










































































