2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin daha bir görüşü Meksika və Ekvador milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Mexikodakı "Asteka" stadionunda təşkil olunmuş qarşılaşma Meksikanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 22-ci dəqiqədə Xulian KinyKiones açıb. Cəmi 9 dəqiqə sonra Raul Ximenes fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Matçın ən diqqətçəkən məqamlarından biri əlavə vaxtda yaşanıb. Ekvadorun müdafiəçisi Piero İnkapye 90+5-ci dəqiqədə qırmızı vərəqə alıb. Buna səbəb futbolçunun rəqiblə mübahisə zamanı ağzını əlləri ilə örtməsi olub. FIFA-nın tətbiq etdiyi yeni qaydalara əsasən, bu hərəkət hakimdən gizli ünsiyyət cəhdi kimi qiymətləndirilir və birbaşa qırmızı vərəqə ilə cəzalandırılır.
Meksika 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Mundialın son qalibi 2022-ci ildə Qətərdə çempion olan Argentina millisidir.











































































