2026-cı il dünya çempionatının 1/16 final mərhələsində daha bir oyun Fransa və İsveç milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf" stadionunda təşkil olunmuş görüşü niderlandlı baş hakim Danni Makkeli idarəçilik edib.
Qarşılaşma Fransa yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı ilk hissənin son dəqiqəsində Kilian Mbappe açıb. Fasilədən sonra - 53-cü dəqiqədə Bredli Barkola fərqi artırıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə ikinci qolunu vuran Mbappe qoyub.
Beləliklə, Fransa millisi 1/8 finala yüksəlib. Komanda iyulun 5-də Paraqvay yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son qalibi Argentinadır. Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransanı əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan matçdan sonra penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək çempion olub.









































































