Türkiyə millisi 2026-cı il dünya çempionatından əvvəl keçirdiyi son yoxlama oyununda Venesuelanı 2:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərindəki stadionda təşkil olunan qarşılaşmada hesabı ilk açan Cənubi Amerika təmsilçisi olub. Venesuela yığmasının heyətində Qleyker Mendosa 13-cü dəqiqədə fərqlənib.
Türkiyə millisi fasiləyədək tarazlığı bərpa etməyi bacarıb. 44-cü dəqiqədə Barış Alper Yılmaz hesabı bərabərləşdirib. Qələbə qolunu isə ikinci hissənin əvvəlində, 54-cü dəqiqədə Yunus Akgün vurub. Beləliklə, Vinçentso Montellanın rəhbərlik etdiyi komanda geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.
Matçı Türkiyə Futbol Federasiyasının baş katibi Abdullah Ayaz, xarici əlaqələr komitəsinin sədr müavini Çağrı Kanver, eləcə də Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal və Mayamidəki baş konsulu Rəsul Şahinol tribunadan izləyiblər.
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatına hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama görüşündə Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub etmişdi.












































































