Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, yarışın 2-ci günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
U17 qızlar
45 kq
- Gülnar Ağadadaşova (UGİM-2)
55 kq
- Günel Kərimli (Abşeron, “Mywrestling”)
65 kq
- Fidan Babayeva (AHİTA, Abşeron)
70 kq
- Rübail İbrahimli (Abşeron)
80 kq
- Cavid Niftəlizadə (FHN)
90 kq
- Ramiz Həsənov (Gəncə, Təhsil-1)
+90 kq
- Camal Feyziyev (AHİTA)












































































