Başa çatan mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax”da ayrılıq yaşanıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bölgə təmsilçisi Kayl Spens ilə vidalaşıb.
Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb. O, komandanın heyətinə 34 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Karvan-Yevlax”” növbəti mövsüm Azərbaycan I Liqasında mübarizə aparacaq.


















































































