Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatında sonuncu qrup oyununa çıxıb.
Spornet.az xəbər verir ki, komanda ev sahibi Polşa ilə oyuna fəal başlayıb və yekunda rəqibinə 20:13 hesabı ilə qalib gəlib. Bu qələbə yığmanın qrup ikinciliyini rəsmiləşdirib.
Qeyd edək ki, milli 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə play-in görüşündə qarşılaşacaq.




















































































