Türkiyənin "Fənərbağça" futbol klubunun yenidən prezidenti seçilən Əziz Yıldırım komandanın baş məşqçi postuna yeni təyinatla bağlı planlarını müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, təcrübəli funksioner Aykut Kocamanı yenidən bu vəzifəyə gətirmək niyyətindədir.
Əziz Yıldırımın yaxın günlərdə Aykut Kocamanla rəsmi görüş keçirəcəyi və tərəflər arasında gələcək əməkdaşlığın detallarının müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Aykut Kocaman daha əvvəl də fərqli dönəmlərdə "Fənərbağça" klubuna rəhbərlik edib və bir sıra mühüm uğurlara imza atıb.

















































































