"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Sportnet.az xəbər verir ki, püşkatma mərasimindən sonra dəqiqləşib.
Azərbaycan təmsilçisi I təsnifat mərhələsində TNS (Uels) komandasını məğlub etsə, növbəti raundda Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.




















































































