Bolqarıstanın Samokov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatına Azərbaycan millisi 2 qızıl medalla başlayıb.
Sportnet.az xəbər verir ki, yunan-Roma güləşçiləri Hüseyn Əmrahlı və Paşa Aslan qitə çempionu adını qazanıb.
38 kq çəki dərəcəsində yer alan Əmrahlı finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0), 44 kq çəkidəki Aslan isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyib.
Əvəzində Pünhan Şahmarov (48 kq) bürünc medal görüşündə ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kq) isə üçüncülük mübarizəsində gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8) məğlub olub.
Raul Məmmədzadə (62 kq) təsəlliverici görüşdə estoniyalı Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gəlsə də, ermənistanlı Aleks Gevorqyana 5:8 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.










































































