Azərbaycanın qadınlardan ibarət millisi FIFA reytinqində bir pillə geriləyib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.
Siyahıda İspaniya seçməsi (2105.36) liderdir. ABŞ (2057.92) ikinci, Almaniya (2028.99) üçüncüdür.
Xatırladaq ki, Azərbaycan millisi son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyanı (3:1) məğlub edib.


















































































