Argentina və Əlcəzair milliləri arasında keçiriləcək futbol üzrə dünya çempionatının oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında dava düşüb.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyu-York şəhəridəki Tayms meydanında baş verib.
Polis münaqişədə iştirak edən fanatları ayırmaq məcburiyyətində qalıb və onlardan bir neçəsi saxlanılıb.
Xatırladaq ki, Argentina - Əlcəzair oyunu iyunun 17-də, Bakı vaxtı ilə saat 05:00-da start götürəcək. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.


















































































