“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, UEFA-nın açıqladığı məlumata əsasən, səpələnməmişlər səbətində yer alan Azərbaycan çempionu I təsnifat mərhələsini uğurla adlayacağı təqdirdə növbəti raundda altı mümkün rəqibdən biri ilə qarşılaşa bilər.
Bunlar Serbiyanın “Srvena Zvezda”, Polşanın “Lex” (Poznan) klubları, həmçinin “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya), “Vardar” (Şimali Makedoniya) – KUPS (Finlandiya), “Jalqiris” (Litva) – “Drita” (Kosovo) və “Linkoln” (Cəbəllütariq) – “İnter Eskaldes” (Andorra) cütlərinin qalibləridir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.
Qeyd edək ki, “Sabah” turnirin I təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 7-8-də və 14-15-də təşkil olunacaq. Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi Azərbaycan təmsilçisi ilk görüşünü doğma meydanda keçirəcək.




















































































