“Sabah” hücumçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
Klubdan Sportnet.az-a bildirilib ki, 25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu futbolçu ilə yeni, 3 illik müqavilə imzalanıb.
Mbina bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisinin heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.














































































