"Bizon Azərbaycan Kubokunu da qazandıqdan sonra emosiyalarımızı tam qoymağımız bu matçda yaxşı oynamağımıza mane oldu. Lakin futbolçularım əllərindən gələni etdilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, rəqib son vaxtlar ən yaxşı formada olan komandadır: "Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən 2 komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".








































































