“Şəfa” yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb. Anlaşmanın müddəti 1 illikdir.
31 yaşlı futbolçu karyerasının böyük hissəsini “Qəbələ”də keçirib. O, eyni zamanda “Zirə”, “Şüvəlan” və “Səbail”in heyətində də çıxış edib.
Qeyd edək ki, “Şəfa” daha əvvəl qapıçı Nicat Mehbalıyev, müdafiəçilər Rauf Hüseynlini və Arsen Ağcabəyov heyətinə cəlb edib.


















































































