“Şamaxı”nın yeni baş məşqçisi məlum olub.
Sportnet.az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Azər Bağırovla razılığa gəlib. Yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Azər Bağırov son olaraq da “Kəpəz”i çalışdırıb.














































































