Braziliyanın “Santos” klubunun futbolçusu Neymar zədə alıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçunun sağ baldır əzələsində ödem aşkarlanıb.
“Santos”un tibbi departamentinin rəhbəri Rodriqo Zoqaib bildirib ki, Neymar qarşıdakı matçları buraxacaq. Bununla belə, onun gələn həftə tam hazır vəziyyətdə Braziliya millisinin düşərgəsinə qoşulacağı gözlənilir.
Həkim qeyd edib ki, zədə ciddi deyil və futbolçunun bərpa prosesi plan üzrə davam edir. Neymar hazırda “Santos”un məşq bazasında şəxsi tibbi heyətinin nəzarəti altında müalicə alır. Eyni zamanda, Braziliya Futbol Konfederasiyasının həkimləri də onun durumunu yaxından izləyirlər.
Məlumata görə, təcrübəli hücumçu mayın 27-dək optimal formasını bərpa edə biləcək.






































































