"Difai" yeni baş məşqçisinin kimliyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, Ağsu təmsilçisi Şəhriyar Məmmədovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məmmədov daha əvvəl "Araz Saatlı" və MOİK-də işləyib.
Əlavə edək ki, "Difai" yeni mövsümdən II Liqada mübarizə aparacaq.


















































































